Lənkəranda quldurluq edən şəxslərdən biri tutulub

Lənkəranda quldurluq edən şəxslərdən biri tutulub ​Faktla bağlı araşdırmalara başlanıb
Hadisə
5 Mart , 2016 11:56
Lənkəranda quldurluq edən şəxslərdən biri tutulub

Bakı. 5 mart. REPORT.AZ/ Lənkəran şəhərində quldurluq edən şəxslərdən biri tutulub, digərinin isə kimliyi müəyyən olunub. "Report" xəbər verir ki, martın 1-də şəhər sakini Elvin Vəlibəyovun 165 manat pulu və mobil telefonu əlindən alınıb. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Vəlibəyova qarşı quldurluq edən şəxslərdən biri - Orxan Məmmədov tutulub, digərinin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi