Lənkəranda qəzada yaralanan şəxs xəstəxanada ölüb

Lənkəranda qəzada yaralanan şəxs xəstəxanada ölüb Lənkəran rayonunda dörd gün əvvəl yol qəzasında xəsarət alan şəxs bu gün xəstəxanada dünyasını dəyişib.
Hadisə
218
20 Sentyabr , 2021 18:11
Lənkəranda qəzada yaralanan şəxs xəstəxanada ölüb

Lənkəran rayonunda dörd gün əvvəl yol qəzasında xəsarət alan şəxs bu gün xəstəxanada dünyasını dəyişib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, həkimlərin səylərinə baxmayaraq, bir neçə gün reanimasiya şöbəsində həkim nəzarətində olan yaralı, Liman şəhər sakini, 1984-cü il təvəllüdlü Fariz Mövsün oğlu Sadıqovın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, sentyabrın 16-da Nərimanabad qəsəbəsi ərazisində yol qəzası baş verib. "VAZ 21099" markalı avtomobilin yoldan çıxaraq çökəkliyə aşması nəticəsində sürücü, Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı Məzahir Ağayev hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, Liman şəhər sakini, 1984-cü il təvəllüdlü Fariz Sadıqov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi