Lənkəranda yerli sakini qatar vuraraq öldürüb - FOTO - YENİLƏNİB-2

Lənkəranda yerli sakini qatar vuraraq öldürüb - FOTO - YENİLƏNİB-2 Hadisəyə görə, Astaradan Bakıya gələn sərnişin qatarının hərəkəti dayandırılıb
Hadisə
21 Sentyabr , 2017 23:13
Lənkəranda yerli sakini qatar vuraraq öldürüb - FOTO - YENİLƏNİB-2
Foto: Report.az

Lənkəran. 21 sentyabr. REPORT.AZ/ Lənkəranda qatarın vuraraq öldürdüyü kişinin şəxsiyyəti müəyyənləşib. 

"Report"un Cənub bürosu xəbər verir ki, ölən şəxs 1995-ci il təvəllüdlü Lənkəran sakini Hüseynli Tural Rza oğludur.


*** 22:27

Lənkəran. 21 sentyabr. REPORT.AZ/ Lənkəranda piyadanı qatar vurması səbəbindən Astaradan Bakıya gedən sərnişin qatarının hərəkəti dayandırılıb. Lakin bir qədər sonra hərəkət bərpa olunub.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə dəmir yol xəttinə paralel ərazidə yerləşən "Sahil" istirahət parkının arxasında, dəmir yol vağzalından təxminən 2 km məsafədə baş verib.

Prokurorluq hadisə yerində araşdırma aparır. Vurulan kişinin şəxsiyyəti hələ ki, müəyyənləşməyib.


***21:31

Lənkəran. 21 sentyabr. REPORT.AZ/ Lənkəranda təqribən 30-35 yaşlı kişini qatar vurub. 

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə yerinə "təcili yardım" maşını çağırılıb. Göyşaban kənd sakini olan yaralı xəstəxanaya aparılarkən yolda keçinib.  

Hazırda vurulan şəxsin kimliyi müəyyənləşdirilir. Hadisənin təfərrüatları barədə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi