Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Lənkəran şəhər sakini, Hənifə Abdullayev küçəsi ev 9, bina 12/64 saylı ünvanda yaşayan 1994-cü il təvəllüdlü Həsrət Lazım oğlu Əzimov bıçaqlanıb.
Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol ön səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb.
Qeyd edək ki, H.Əzimov Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı və 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsinin iştirakçısı olub.
Faktla bağlı araşdırma aparılır.