Lənkəranda qanunsuz ov edənlərə qarşı reyd keçirilib

Lənkəranda qanunsuz ov edənlərə qarşı reyd keçirilib Reyd zamanı iki nəfər saxlanılıb
Hadisə
27 Oktyabr , 2016 12:18
Lənkəranda qanunsuz ov edənlərə qarşı reyd keçirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Lənkəran rayonunda qanunsuz ov edənlərə qarşı reyd keçirilib. "Report"un Cənub bürosunun məlumatına görə, reyd zamanı iki nəfərin qanunsuz ov etdiyi aşkarlanıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı rayonun Mamusta kənd sakinləri Samid Dadaşzadə və Rasif Əliyev saxlanılıb.

Qanunsuz ov edən şəxslərdən “TOZ-63” və “BUM” markalı ov tüfəngləri götürülüb.

Son xəbərlər

Orphus sistemi