Lənkəranda qadın su quyusuna düşərək boğulub - FOTO - YENİLƏNİB

Lənkəranda qadın su quyusuna düşərək boğulub - FOTO - YENİLƏNİB Lənkəran. 4 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda su quyusuna düşərək boğulan qadının meyiti sudan çıxarılıb.
Hadisə
4 Noyabr , 2018 14:52
Lənkəranda qadın su quyusuna düşərək boğulub - FOTO - YENİLƏNİB

Lənkəran. 4 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda su quyusuna düşərək boğulan qadının meyiti sudan çıxarılıb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Liman şəhəri ərazisində baş verib.

Belə ki, Liman şəhər sakini, 1956-cı il təvəllüdlü Vəskinə Kişi qızı Əliyeva yaşadığı evin həyətində təsəırrüaft işləri ilə məşqul olarkən ehtiyatsızlıqdan su quyusuna düşüb. 

Qadının meyiti quyudan çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 11:23
Lənkəran. 4 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hələlik adı məlum olmayan orta yaşlı qadın su quyusuna düşərək boğulub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları və xilasedicilər cəlb olunub.

Hazırda meyitin quyudan çıxarılması üçün zəruri tədbirlər görülür. 

Bundan əvvəl özünü Qubada Samur-Abşeron kanalına atan şəxs boğularaq ölüb.

Son xəbərlər

Orphus sistemi