Quba sakini özünü Samur-Abşeron kanalına ataraq intihar edib - YENİLƏNİB

Quba sakini özünü Samur-Abşeron kanalına ataraq intihar edib - YENİLƏNİB Quba. 3 noyabr. REPORT.AZ/ Samur-Abşeron su kanalında batan şəxsin adı məlum olub.
Hadisə
3 Noyabr , 2018 12:24
Quba sakini özünü Samur-Abşeron kanalına ataraq intihar edib - YENİLƏNİB
Report

Quba. 3 noyabr. REPORT.AZ/ Samur-Abşeron su kanalında batan şəxsin adı məlum olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, bu, Qubanın Vəlvələ kənd sakini, 1958-ci il təvəllüdlü Məlahət Heybətulla qızı Cəfərovadır. O, özünü Samur-Abşeron su kanalına ataraq intihar edib.

Meyitin axtarışları davam etdirilir.


*** 09:50

Bakı. 3 noyabr. REPORT.AZ/ Samur-Abşeron kanalının Quba rayonunun Vəlvələ kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi