Lənkəranda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Lənkəranda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
7 Aprel , 2016 12:04
Lənkəranda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Bakı. 7 aprel REPORT.AZ/ Lənkəran rayonunda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub. "Report" xəbər verir ki, hadisə rayonun Moğojba kəndində baş verib. Belə ki, aprelin 6-da saat 20 radələrində həmin kəndin ərazisində naməlum avtomobil yolu keçən rayon sakini Hacıməmməd Şiriyevi vurub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan H.Şiriyev  Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən “VAZ-21074” markalı avtomobilin sürücüsü rayon sakini Qasid Həsənov saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi