Yuxarı
    Bağlamaq

    Lənkəranda ov adı ilə evdən çıxan şəxsin meyiti tapılıb - YENİLƏNİB

    Yerli sakin ötən gün evdən çıxaraq geri qayıtmayıb

    Lənkəran. 1 yanvar. REPORT.AZ/ Lənkəran rayonunun Ləj kəndində itkin düşmüş şəxsin meyiti tapılıb.

    "Report"un Cənub bürosu xəbər verir ki, orta yaşlı Əliyev Sərxan Damad oğlu ötən gün səhər saatlarında ova getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

    Bundan sonra narahat olmağa başlayan ailə üzvləri meşə ərazisində onun axtarışına başlayıblar. Lakin bu bir nəticə verməyib. Bu gün səhər saatlarında isə Sərxanın meyiti aşkar edilib.

    Hazırda hüquq-mühafizə orqanları əməkdaşları, prokurorluq işçiləri hadisə yerinə cəlb olunublar.

    Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran şöbəsinə göndərilib. Nəticədən asılı olaraq ölümün səbəbi müəyyən ediləcək.

    Faktla bağlı Lənkaran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.


    *** 9:12


    Lənkəran. 1 yanvar. REPORT.AZ/ Lənkəran rayon sakini itkin düşüb. 

    "Report"un Cənub bürosunun məlumatına görə, rayonun Ləj kənd sakini Sərxan Damad oğlu Əliyev ov adıyla evdən çıxaraq geri qayıtmayıb. 

    Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) məlumat verilib. 

    Polis şöbəsinin əməkdaşları S.Əliyevin axtarışlarına başlayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi