Lənkəranda orta məktəb müəllimi olan həyat yoldaşını qətlə yetirən şəxs tutulub

Lənkəranda orta məktəb müəllimi olan həyat yoldaşını qətlə yetirən şəxs tutulub R.Əliyev Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır
Hadisə
29 Mart , 2017 10:18
Lənkəranda orta məktəb müəllimi olan həyat yoldaşını qətlə yetirən şəxs tutulub

Lənkəran. 29 mart. REPORT.AZ/ Lənkəran rayonunun Səpnəkəran kəndində orta məktəb müəllimi Maygül Əliyevanı qətlə yetirən həyat yoldaşı Rüfət Aydın oğlu Əliyev tutulub.

Bu barədə "Report"un Cənub bürosuna Lənkəran şəhər polis idarəsindən bildiriblər.

Qeyd edək ki, həyat yoldaşı 48 yaşlı Maygül Daməd qızı Əliyevanı taxta parçası ilə baş nahiyəsindən zərbə ilə qətlə yetirib.

Yaxınlarının bildirdiyinə görə, hadisə baş verən zaman evdə heç kim olmayıb. Hadisə yerinə ilk gələn mərhumun oğlu olub. O, anasını ölmüş vəziyyətdə tapıb. Həmin vaxt atasının isə evdə olmadığını görüb. Atası ilə əlaqə yaratmağa çalışsa da mümkün olmayıb.

Həmçinin bildirilib ki, ailədə tez-tez mübahisələr olub və R.Əliyev bir neçə dəfə arvadını döyüb.

R.Əliyevin atası A.Əliyev bildirib ki, oğlu Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır.

Son xəbərlər

Orphus sistemi