Lənkəranda nişan mərasiminin keçirilməsinin qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Boladı kəndində nişan mərasiminin təşkil edilməsi müəyyən olunub.
Dərhal həmin ünvana gələn polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin qarşısı alınıb. Həmin məclisin iştirakçılarına bir daha karantin rejiminin qaydaları izah olunub, 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.