Yuxarı

Lənkəranda narkotik xassəli bitki yetişdirən şəxs saxlanılıb - FOTO

Onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunda satmaq üçün narkotik xassəli bitki yetişdirən şəxs saxlanılıb.

"Report"un Cənub bürosu xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Girdəni kəndində yaşayan Etiram Ehtimal oğlu Nəcəfovu saxlayıb.

Onun həyətinə baxış zamanı həyətyanı sahəsində narkotik xassəli çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərdiyi müəyyən edilib. Onun evindən xüsusi qaydada əkib-becərdiyi və quruduqdan sonra topladığı və hələlik istintaqa məlum olmayan mənbədən satış məqsədilə əldə etdiyi narkotik maddə maddi sübut kimi götürülüb.

Faktla bağlı Lənkəran Rayon Məhkəməsinin qərarı ilə E.Nəcəfov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi