Lənkəran. 12 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda ağır yol qəzası baş verib.
“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 205-ci km-də, Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb.
Nəsirov Xəyyam Zərbi oğlunun idarə etdiyi 50-CG-746 dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobusla, Əliyev Rövşən Sahib oğlunun idarə etdiyi 14-BB-617 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobil toqquşub.
Qəza nəticəsində "Tofaş"ın sürücüsü R.Əliyev hadisə yerində dünyasını dəyişib. "Tofaş"ın sərnişini Talıblı Cəlil Əlövsət oğlu ağır kəllə beyin zədəsi alıb və Lənkəran rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.







