Lənkəranda minik maşını yanıb

Lənkəranda minik maşını yanıb Hadisə şəhərin Həzi Aslanov xiyabanı küçəsində baş verib
Hadisə
28 Dekabr , 2016 21:43
Lənkəranda minik maşını yanıb

Lənkəran. 28 dekabr. REPORT.AZ/ Axşam saatlarında Lənkəran şəhərində avtomobil yanıb.

"Report"un Cənub bürosu məlumat verir ki, hadisə şəhərin Həzi Aslanov xiyabanı küçəsində baş verib.

Nəticədə 1961-ci il təvəllüdlü Qurbanov Rakif Məcid oğluna məxsus "99-HS-642" dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomaşının mühərrik hissəsi yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi