Lənkəranda minik maşını kanala aşıb - FOTO

Lənkəranda minik maşını kanala aşıb - FOTO Hadisə rayonunun Sütəmurdov kəndi ərazisində baş verib
Hadisə
431
31 Yanvar , 2016 23:45
Lənkəranda minik maşını kanala aşıb - FOTO

Bakı. 31 yanvar. REPORT.AZ/ Lənkəranda minik maşını kanala aşıb. "Report"un məlumatına görə, hadisə rayonunun Sütəmurdov kəndi ərazisində baş verib.

Şəhər istiqamətində hərəkətdə olan "Mercedes" 90 GE 976 nömrə nişanlı avtomaşınla taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı 42-BT-452 nömrə nişanlı avtomaşınla toqquşub.

Hadisə şahidlərinin bildirdiyinə görə, ötmə əməliyyatı zamanı böyük sürətlə hərəkətdə olan "Mercedes" "VAZ"-ı yoldan çıxaraq aşmasına səbəb olub.

Su kollektoruna aşaraq düşən avtomaşından sürücü çıxarılıb. Xoşbəxtlikdən qəzada ciddi xəsarət qeydə alınmayıb. Faktla bağlı DYP əməkdaşları araşdırma aparır. Qəzanın səbəbi avtoekspertizadan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi