​Lənkəranda minik avtomobili yük maşını ilə toqquşub - FOTO

​Lənkəranda minik avtomobili yük maşını ilə toqquşub - FOTO Qəza rayonunun Boladi kəndində baş verib
Hadisə
22 Avqust , 2015 20:45
​Lənkəranda minik avtomobili yük maşını ilə toqquşub - FOTO

Bakı. 22 Avqust. REPORT.AZ/ Lənkəran rayonunun Boladi kəndi ərazisində yol-qəza hadisəsi baş verib.

“Report” xəbər verir ki, Lənkəran şəhəri, Azad İsmayılov küçəsi, 59 ünvanında yaşayan Musayev İlqar Gülağa oğlunun idarə etdiyi “90 JK 947” qeydiyyat nişanlı "İsuzu" markalı yük maşını Masallı rayon sakininin idarə etdiyi “44 BG 003” qeydiyyat nişanlı “VAZ 21011” markalı avtomaşınla toqquşub.

Hadisə nəticəsində ikinci nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb. Sürücünün kimliyi və xəsarət alıb-almadığı barədə məlumat yoxdur.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin istintaq qrupu tərəfindən araşdırma aparılır. Qəzanın baş vermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi