​Lənkəranda mikroavtobus qəzaya düşüb, 2 nəfər yaralanıb - FOTO

​Lənkəranda mikroavtobus qəzaya düşüb, 2 nəfər yaralanıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Fevral , 2016 16:22
​Lənkəranda mikroavtobus qəzaya düşüb, 2 nəfər yaralanıb - FOTO

Bakı. 10 fevral. REPORT.AZ/ Lənkəranda mikroavtobus qəzaya düşüb. "Report"un məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib. Həmin kəndin sakini, 26 yaşlı Əli Xanoğlan oğlu Mirzəyev idarə etdiyi "VAZ 21011" markalı, 42-BA-357 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun İstisu qəsəbəsinin sakini 23 yaşlı Elmar Vidadi oğlu Abdullazadənin idarə etdiyi "Mercedes" markalı 10-KV-693 dövlət qeydiyyat nişanlı mikroavtobus toqquşub. Nəticədə "VAZ 21011"in sürcüsü və onun sərnişini, Girdəni kənd sakini, 22 yaşlı Ülvü Həsən oğlu Babazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 

Hadisə yerində olan Yol Patrul Xidməti (YPX) əməkdaşlarının verdiyi məlumata görə, qəzaya səbəb ilkin versiya kimi "VAZ 21 011"in sürcüsünün təhlükəli manevr etməklə mikroavtobusun qarşısına çıxmasıdır. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi