Lənkəranda Mərkəzi bazarda kütləvi dava olub, 2 nəfər bıçaqlanıb - YENİLƏNİB - FOTO

Hadisə
  • 06 fevral, 2018
  • 11:01
Lənkəranda Mərkəzi bazarda kütləvi dava olub, 2 nəfər bıçaqlanıb - YENİLƏNİB - FOTO
Report

Lənkəran. 6 fevral. REPORT.AZ/ Lənkəran şəhərində yerləşən Mərkəzi bazarın ərazisində baş verən dava zamanı bıçaqlanan şəxslərin adları məlum olub. 

"Report"un Cənub bürosunun məlumatına görə, şəhər sakinləri - 1988-ci il təvəllüdlü Ümid Əbdülkərim oğlu Əzimzadə və 1985-ci il təvəllüdlü Sehran Tahir oğlu Baxşıyev arasında yaranan mübahisə hər iki şəxsin bıçaqlanması ilə nəticələnib. 

Hadisə şəxsi zəmində baş verib, araşdırmalar davam etdirilir.


***14:18

Lənkəran. 6 fevral. REPORT.AZ/ Lənkəran şəhrində yerləşən Mərkəzi bazarda kütləvi dava olub. 

“Report”un cənub bürosunun məlumatına görə, dava zamanı iki nəfər bıçaqlanıb. 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.