Lənkəranda "Mercedes" dirəyə çırpılaraq yanıb, sürücü xəsarət alıb

Lənkəranda "Mercedes" dirəyə çırpılaraq yanıb, sürücü xəsarət alıb Lənkəran. 19 oktyabr. REPORT.AZ/ Lənkəran rayonunda avtomobil dirəyə çırpılaraq yanıb.
Hadisə
19 Oktyabr , 2018 10:44
Lənkəranda Mercedes dirəyə çırpılaraq yanıb, sürücü xəsarət alıb
0 : 00
0 : 00

Lənkəran. 19 oktyabr. REPORT.AZ/ Lənkəran rayonunda avtomobil dirəyə çırpılaraq yanıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib. 

Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Ağası Akif oğlu Nəhmətovun idarə etdiyi "Mersedes" markalı 90-CF-781 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idrəetməni itirib və maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. 

Nəticədə elektrik dirəyi avtomobilin üzərinə aşıb və yanğın baş verib. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Avtomobilin yanar konstruksiyaları yanıb.

Hadisə yerinə gələn Təcili Tibbi Yardı Stansiyasının əməkdaşları sürücüyə tibbi yardım göstəriblər.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi