Lənkəranda mənzilləri qəzalı vəziyyətə düşən sakinlər qohumlarının evinə köçüb - FOTO

Lənkəranda mənzilləri qəzalı vəziyyətə düşən sakinlər qohumlarının evinə köçüb - FOTO Bir neçə ev qəzalı vəziyyətə düşüb, evlərin divarında çatlar yaranıb
Hadisə
15 Fevral , 2017 17:09
Lənkəranda mənzilləri qəzalı vəziyyətə düşən sakinlər qohumlarının evinə köçüb - FOTO

Lənkəran. 15 fevral. REPORT.AZ/ Lənkəran rayonunda mənzilləri qəzalı vəziyyətə düşən sakinlər qohumlarının evinə köçüb.

"Report"un cənub bürosunun məlumatına görə, ötən gecə rayonun Balıqçılar qəsəbəsində qarın ağırlığına tab gətirməyən bir neçə evin dam örtüyü çöküb, bəzi evlər qəzalı vəziyyətə düşüb və evlərə ziyan dəyib.

Belə ki, qəsəbə sakinləri Fəridə Bədəlovaya məxsus dördotaqlı daş evin dam örtüyü çöküb, Ağalar Vəliyevə məxsus birmərtəbəli  üçotaqlı evin, Tehran Sadıqova məxsus birmərtəbəli dördotaqlı evin, Şahin Məcidova məxsus birmərtəbəli, ikiotaqlı evin də dam örtüyünə ziyan dəyib. Daha bir neçə ev qəzalı vəziyyətə düşüb, evlərin divarında çatlar yaranıb.  

Son xəbərlər

Orphus sistemi