Lənkəranda mənzilə basqın olub, ev sahibi ağır yaralanıb - YENİLƏNİB

Lənkəranda mənzilə basqın olub, ev sahibi ağır yaralanıb - YENİLƏNİB Yaralının yaşama şansının az olduğu bildirilir
Hadisə
7 Sentyabr , 2015 02:57
Lənkəranda mənzilə basqın olub, ev sahibi ağır yaralanıb - YENİLƏNİB

Bakı. 7 sentyabr. REPORT.AZ/ Hadisə gecə saat 24:00 radələrində qeydə alınıb.

"Report" xəbər verir ki, evə basqın edən şəxsin üzündə maska olub. O əlindəki kəsici alətlə 1955-ci il təvəllüdlü ev sahibi Salayev Əlirza Canal oğluna xəsarət yetirib.

İlk xəbər saat 02:35-də dərc olunub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Lənkəran rayonunun Biləsər kəndində yaşayış mənzilinə basqın olub.

"Report" xəbər verir ki, insident nəticəsində ev sahibinə çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti kritik ağır qiymətləndirilir, yaşama şansının çox az olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi