Lənkəranda kişi bıçaqla həyat yoldaşının üzünü kəsib

Lənkəranda kişi bıçaqla həyat yoldaşının üzünü kəsib Hadisə ailə münaqişəsi zəminində baş verib
Hadisə
29 Noyabr , 2017 02:58
Lənkəranda kişi bıçaqla həyat yoldaşının üzünü kəsib

Lənkəran. 29 noyabr. REPORT.AZ/ Lənkəran rayonunun Liman şəhərində qadın bıçaq xəsarəti alıb.

"Report"un Cənub bürosunun məlumatına görə, M.İbayev küçəsində yaşayan 1987-ci il təvəllüdlü Kərimova Könül Gülbala qızı "təcili yardım" maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qadın üz nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarəti alıb.

Yaxınlarının dediyinə görə, həyat yoldaşı ailə münaqişəsi zamanı onun üz nahiyəsinin sağ tərəfini bıçaqla kəsib.

Xəstəxanadan K.Kərimovanın vəziyyətinin orta-ağır olduğu bildirilir. Qadın ağrının şokuna düşüb.



Son xəbərlər

Orphus sistemi