Lənkəranda istirahət mərkəzinin sahibinin məhkəməsi başlayıb

Lənkəranda istirahət mərkəzinin sahibinin məhkəməsi başlayıb Lənkəran Ağır Cinayətlər Məhkəməsində istirahət mərkəzinin sahibi Firad Həbibovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hadisə
8 Dekabr , 2021 15:21
Lənkəranda istirahət mərkəzinin sahibinin məhkəməsi başlayıb

Lənkəran Ağır Cinayətlər Məhkəməsində istirahət mərkəzinin sahibi Firad Həbibovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 9-na təyin edilib.

Qeyd edək ki, bu ilin avqustunda Lənkəran rayonunda yerləşən “Pambəhi” ailəvi istirahət mərkəzinin ərazisində ağacların qanunsuz kəsilməsi qeydə alınıb.

Rayon prokurorluğu tərəfindən aparılan araşdırmalarla Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Osaküçə meşəbəyliyinin 10 saylı dolayında yerləşən qeyd edilən ailəvi-istirahət mərkəzinin sahibi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan F.Həbibov tərəfindən həmin ərazidə yerləşən 40 və 60 sm diametrli 2 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 13 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda), 188.2 (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi