Lənkəranda iki uşaq atası intihar edib - YENİLƏNİB

Lənkəranda iki uşaq atası intihar edib - YENİLƏNİB Lənkəran. 12 yanvar. REPORT.AZ/ Lənkəranda intihar edən şəxs iki uşaq atası olub.
Hadisə
12 Yanvar , 2018 10:34
Lənkəranda iki uşaq atası intihar edib - YENİLƏNİB
Report

Lənkəran. 12 yanvar. REPORT.AZ/ Lənkəranda intihar edən şəxs iki uşaq atası olub.

"Report"un Cənub bürosu xəbər verir ki, rayonun Girdəni kənd sakini,1990-cı il təvəllüdlü  Şərafəddin Rafael oğlu İsmayılov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. 

Onun meyitini asılmış vəziyyətdə atası görüb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Ş.İsmayılov iki uşaq atası olub. Onun ailəsi ilə probleminin olduğu və bu səbəbdən intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. 


***9:28

Lənkəran. 12 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda gənc oğlan intihar edib. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi