Lənkəranda iki otaqlı ev yanıb - FOTO

Lənkəranda iki otaqlı ev yanıb - FOTO ​Lənkəranda iki otaqlı ev yanıb
Hadisə
31 Mart , 2017 23:21
Lənkəranda iki otaqlı ev yanıb - FOTO
Foto: "Report"

Bakı. 31 mart. REPORT.AZ/ Lənkəran rayonunda iki otaqlı ev yanıb

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şiləvar kəndində, yeni məhəllədə baş verib.

Belə ki, Nadir Nəsirova məxsus bağ evi kimi inşa olunan, iki otağı yaşayış üçün yararlı olan yarıtikilidə naməlum səbəbdən yanğın baş verib. Qonşuların sözlərinə görə, ev sahibinin N.Nəsirovun şəhərdə mənzili olduğundan ailə üzvləri hadisə baş verən vaxt kənddə olmayıblar. 

Hadisə baş verən vaxt evdə elektrik enerjisi və qaz olmadığından yanğın riski də olmayıb. Yanğından qonşular xəbər tutaraq "101"-ə zəng vurublar. 

Qəza yerinə iki yanğınsöndürən maşın cəlb olunub. Yanğın söndürülsə də, ikiotaqlı ev tamamilə yanıb. 

Zərərçəkənlər mənzildəki əşyaların oğurlanaraq evə od vurulduğunu iddia edirlər. Hadisə yerinə polis əməkdaşları gəlib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi