Lənkəranda iki nəfər bıçaqlanıb

Lənkəranda iki nəfər bıçaqlanıb Ötən gecə Lənkəranda iki bıçaqlanma hadisəsi baş verib.
Hadisə
3 Fevral , 2022 10:30
Lənkəranda iki nəfər bıçaqlanıb

Ötən gecə Lənkəranda iki bıçaqlanma hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Lənkəran şəhəri, Səməd Vurğun küçəsi 2 ünvanında yaşayan 1980-ci il təvəllüdlü Kazım Əlişah oğlu Şükürov yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı əməliyyat edilib. Ona 6 bıçaq xəsrəti yetirildiyi məlum olub. Məlum olub ki, qarın boşluğunu düşüb-keçən zərbə nətiçəsində daxili orqanlar zədələnib. K.Şükürov reanimasiya şöbəsinə yerləşdirilib.

Digər hadisə isə rayonun Cil kəndində qeydə alınıb. 2002-ci il təvəllüdlü Faiq Eynulla oğlu Qənbərov da mərkəzi xəstəxanaya kəsilmiş-deşilmiş yara ilə daxil olub. İlkin məlumata görə, hadisəni törədən şəxs yeniyetmə olub.

Hər iki faktla başlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi