Lənkəranda iki ay əvvəl yol qəzası nəticəsində komaya düşən şəxs xəstəxanada vəfat edib
Hadisə
- 29 aprel, 2024
- 14:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəranda iki ay əvvəl yol qəzası nəticəsində komaya düşən şəxs xəstəxanada dünyasını dəyişib.
“Report”un Cənub bürosunun məlumatına görə, fevralın 29-da Ələt-Astara magistral yolunun 214-cü km-də, rayonun Xanbulan kəndi ərazisində baş verən hadisə zamanı rayonun Mamusta kənd sakini, 1998-ci il təvəllüdülü Azər Arzuman oğlu Babayevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobil yol kənarındakı iri gövdəli ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Qəzada xəsarət alan 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Süni nəfəs aparatına qoşulan Ü.Əzizli bu gün xəstəxanada vəfat edib.
Son xəbərlər
14:23
"Yaşıl enerji dəhlizi"nə investisiyalar 22 milyard avro məbləğində qiymətləndirilib
Energetika
14:21
"Arsenal"ın futbolçusu Bukayo Saka altı həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol
14:13
Yaponiyada imperator ailəsi haqqında qanuna dəyişikliklər qüvvəyə minib
Maraqlı
13:51
Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
Digər ölkələr
13:39
"Black Sea Energy Cable" üzrə yekun investisiya qərarının qəbul edilməsi üçün Yol Xəritəsi hazırlanır
Energetika
13:28
İordaniyada kilsədə baş verən terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
Digər ölkələr
13:20
Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb
Turizm
13:15
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Region
13:01
Foto
U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
Futbol