Lənkəranda yol qəzasında xəsarət alanların sayı 7-yə çatıb, vəzifəli şəxsin durumu ağırdır - ADLAR - YENİLƏNİB

Lənkəranda yol qəzasında xəsarət alanların sayı 7-yə çatıb, vəzifəli şəxsin durumu ağırdır - ADLAR - YENİLƏNİB Lənkəranda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
26 İyul , 2023 11:52
Lənkəranda yol qəzasında xəsarət alanların sayı 7-yə çatıb, vəzifəli şəxsin durumu ağırdır - ADLAR - YENİLƏNİB

Lənkəranda iki avtomobilin toqquşması nəticəsində baş verən qəzada 7 nəfər xəsarət alıb.

Bu barədə “Report”un Cənub bürosunun Lənkəran Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı təcili yardım şöbəsinə 7 yaralı daxil olub.

Qeyd edilib ki, hadisə zamanı xəsarət alanlar 1988-ci il təvəllüdlü Sadiq Rzayev, 1970-ci il təvəllüdlü Allahverdi İbrahimov, 1970-ci il təvəllüdlü Füzuli Allahverdiyev, 1991-ci il təvəllüdlü Günel İbrahimova, 1998-ci il təvəllüdlü Təmail İbrahimov, 2019-cu il təvəllüdlü Günəş Agayeva, 2012-ci il təvəllüdlü Mirvəli Agayevadır.

Xəstələrə əsasən döşün sağ payında çoxsaylı qabırğa sınıqları, said sümüklərinin qapalı sınığı, başın və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Yaralılardan 2-si müvafiq şöbələrə yerləşdirilib.

Digər xəsarət alanların müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, vəziyyəti ağır olan yaralı Tuado kənd inzibati ərazi üzrə icra nümayəndəsi İbrahimov Allahverdidir.

09.33

Lənkəranda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran–Boradigah yolunun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “Niva”da olan 4, “Mersedes”də olan 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkərən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi