Lənkəranda zəlzələ qeydə alınıb

Lənkəranda zəlzələ qeydə alınıb Təkanlar yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub
Hadisə
19 Fevral , 2015 17:42
Lənkəranda zəlzələ qeydə alınıb

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın Lənkəran ərazisində hiss olunan zəlzələ qeydə alınıb. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla saat 16:57-də Lənkərandan 19 km qərbdə olub. Maqnitudası 3.7, dərinliyi 15 km olan zəlzələ episentrdə 3 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.

Son xəbərlər

Orphus sistemi