Lənkəranda hamiləliyini sonlandırmaq üçün dərman içən qadın ölüb - YENİLƏNİB - TƏFƏRRÜAT

Lənkəranda hamiləliyini sonlandırmaq üçün dərman içən qadın ölüb - YENİLƏNİB - TƏFƏRRÜAT Lənkəran. 23 iyul. REPORT.AZ/ Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ginekoloji şöbəsinə dünyasını dəyişəm hamilə qadının ölüm səbəbi məlum olub.
Hadisə
23 İyul , 2018 10:33
Lənkəranda hamiləliyini sonlandırmaq üçün dərman içən qadın ölüb - YENİLƏNİB - TƏFƏRRÜAT
0 : 00
0 : 00

Lənkəran. 23 iyul. REPORT.AZ/ Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ginekoloji şöbəsinə dünyasını dəyişəm hamilə qadının ölüm səbəbi məlum olub. 

"Report"un Cənub bürosu xəbə verir ki, gən qadın hamiləliyini sonlandırmaq məqsədilə güclü dozada dərman qəbul edib. Həkimlərin müayinəsi zamanı məlum olub ki, dərmanın təsirindən ana bətnində fəsadlaşma yaranıb, kəskin qanaxma olub. Nəticədə G.İbrahimova dünyasını dəyişib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.


***10:33

Lənkəran. 23 iyul. REPORT.AZ/ Lənkəranda hamilə qadın ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran şəhəri, Sahil 32 ünvanında yaşayan 1998-ci il təvəllüdlü İbrahimova Günay Ümid qızı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ginekoloji şöbəsinə yerləşdirilib. Xəstəxanada ona 16 həftəlik hamiləlik diaqnozu qoyulub. Vəziyyəti ağır olan qadın xəstəxanada ölüb.

Hadisənin səbəbləri araşdırlır. 

Son xəbərlər

Orphus sistemi