Lənkəranda güllə yarası alan yeniyetmə suya yıxılaraq boğulub - YENİLƏNİB

Lənkəranda güllə yarası alan yeniyetmə suya yıxılaraq boğulub - YENİLƏNİB Hadisə Balıqçılar qəsəbəsində baş verib
Hadisə
14 Dekabr , 2017 22:09
Lənkəranda güllə yarası alan yeniyetmə suya yıxılaraq boğulub - YENİLƏNİB

Lənkəran. 14 dekabr. REPORT.AZ/ Lənkəranın Balıqçılar qəsəbəsində yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un Cənub bürosu xəbər verir ki, ilkin məlumata görə, 2002-ci il təvəllüdlü Axundov Heydər Fuad oğlu ehtiyatsızlıqdan özünü odlu silahdan açılan atəş nəticəsində yaralayıb.

Nəticədə o, suya yıxılıb və orada köməksiz vəziyyətdə qalaraq boğulub.

Hadisə baş verən zaman onun yanında kiminsə olub-olmadığı öyrənilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


***21:49


Lənkəran. 14 dekabr. REPORT.AZ/ Lənkəranda yeniyetmə güllə yarası alaraq ölüb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Balıqçılar qəsəbəsi ərazisində baş verib. 

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırlır. 

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi