Lənkəranda güclü yağışlar zamanı qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanılıb - FOTO

Lənkəranda güclü yağışlar zamanı qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanılıb - FOTO Körpünün piyada keçidi hissəsində hərəkət qadağan olunub
Hadisə
13 Oktyabr , 2016 17:26
Lənkəranda güclü yağışlar zamanı qəzalı vəziyyətə düşən körpünün təmirinə başlanılıb - FOTO

Lənkəran. 13 oktyabr. REPORT.AZ/ Lənkəranda yağan intensiv yağışlardan sonra qəzalı vəziyyətə düşən körpüdə təmir işlərinə başlanılıb.
"Report"un Cənub bürosu xəbər verir ki, ötən gün rayon ərazisində yağan intensiv yağıntı çaylarda suyun səviyyəsinin artması, kiçik çay və kollektorların daşması ilə nəticələnib.
Rayon ərazisində Girdəni çayı üzərindəki körpüdə qəzalı vəziyyət yaranıb.
Belə ki, körpünün piyada keçidi hissəsi çöküb. Körpünün bir tərəfində torpaq qatını sel suları yuyaraq çökməyə səbəb olub.

Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının müavini Möhübbət Babayev bildirib ki, yolda nəqliyyatın intensivliyi nəzərə alınaraq təcili tədbirlər görülüb: "Yol - İstismar İdarəsinin təmir briqadası körpünün mühafizə bəndində möhkəmləndirmə işləri apararaq, həmin hissəyə beton plitələr düzüblər. Bu barədə İcra Hakimiyyəti tərəfindən "Azəravtoyol" ASC -nin rəhbərliyinə məktubla müraciət edilib. Yaxın günlərdə körpünün tam təmir olunacağı söylənilib."

Qeyd edək ki, körpüdə nəqliyyatın hərəkəti dayanmayıb. Yalnız, körpünün piyada keçidi hissəsində hərəkət qadağan olunub. 

Son xəbərlər

Orphus sistemi