Lənkəranda güclü külək fəsadlar törədib - FOTO

Lənkəranda güclü külək fəsadlar törədib - FOTO Ağaclar aşıb, evlərin dam örtüklərinə ziyan dəyib
Hadisə
8 İyul , 2017 21:43
Lənkəranda güclü külək fəsadlar törədib - FOTO
Foto: Report.az

Lənkəran. 8 iyul. REPORT.AZ/ Lənkəran rayonunda külək fəsadlar törədib.

"Report"un Cənub bürosu xəbər verir ki, 10 dəqiqə ərzində əsən güclü külək ağacları aşırıb, evlərin dam örtüklərinə ziyan vurub.

Heydər Əliyev prospektində mağazalardan birinin dam örtüyü yerindən qoparaq yaxınlıqdakı evlərdən birinin üzərinə düşüb. Bundan əlavə, ağacların qırılması nəticəsində elektrik təsərrüfatına da ziyan dəyib. Hazırda rayonun bir çox ərazilərində enerji verilişi dayandırılıb.

Son xəbərlər

Orphus sistemi