Lənkəranda gənc mühafizəçinin meyiti xidməti otağında aşkarlanıb - YENİLƏNİB

Lənkəranda gənc mühafizəçinin meyiti xidməti otağında aşkarlanıb - YENİLƏNİB Hadisə Lənkəran Telekommunikasiya Qovşağında baş verib
Hadisə
27 Sentyabr , 2017 09:35
Lənkəranda gənc mühafizəçinin meyiti xidməti otağında aşkarlanıb - YENİLƏNİB

Lənkəran. 27 sentyabr. REPORT.AZ/ Lənkəran şəhərində, "Aztelekom" İstehsalat Birliyinin Lənkəran şəhər 4 №-li EATS-də xidməti otağında meyiti aşkarlanan gənc mühafizəçinin adı məlum olub. 

"Report"un Cənub bürosunun məlumatına görə, bu, idarənin mühafizəçisi, rayonun Şağlaser kənd sakini, 1990-cı il təvəllüdlü Elmir Cəbrayıl oğlu Şirəliyevdir. Onun meyiti səhər saatlarında işə gələn idarənin əməkdaşları tərəfindən xidməti otağında tapılıb. İlkin ehtimallara görə, E.Şirəliyev ürəktutmadan ölüb. 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.


***9:02

Lənkəran. 27 sentyabr. REPORT.AZ/  Lənkəran şəhərində gənc mühafizəçinin meyiti xidməti otağında aşkarlanıb.

"Report"un məlumatına görə, hadisə "Aztelekom" İstehsalat Birliyinin Lənkəran şəhər 4 №-li EATS-də baş verib.

Belə ki, idarənin hələlik adı məlum olmayan gənc mühafizəçisinin səhər saat larında xidməti otağında meyiti tapılıb. Meyit səhər işə gələn işçilər tətəfindən aşkar olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi