Lənkəranda 61 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb

Lənkəranda 61 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb Masallı sakini Lənkəranda hündürlükdən yıxılaraq ölüb.
Hadisə
1114
26 Sentyabr , 2020 05:27
Lənkəranda 61 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb

Masallı sakini Lənkəranda hündürlükdən yıxılaraq ölüb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Veravul kəndində baş verib.

Masallı rayonunun Kolatan kənd sakini, 1959-cu il təvəllüdlü Sübhan Qardaşxan oğlu Cahangirov usta işlədiyi fərdi yaşayış evində damdan yıxılaraq ağır xəsarət alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Cahangirova ilkin olaraq qapalı kəllə-beyin travması və daxili qulaq qanaxması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi