Lənkəranda eyni mağaza bir ay ərzində iki dəfə qarət olunub - FOTO

Lənkəranda eyni mağaza bir ay ərzində iki dəfə qarət olunub - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Noyabr , 2017 12:24
Lənkəranda eyni mağaza bir ay ərzində iki dəfə qarət olunub - FOTO
Report

Lənkəran. 18 noyabr. REPORT.AZ/ Lənkəran rayonunda eyni mağaza bir ay ərzində iki dəfə qarət olunub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Şiləvar kəndindən keçən hissəsində yerləşən gündəlik təlabat malları mağazasında qeydə alınıb. 

Belə ki, vitrinlərdəki, təqribən, 1000 manat dəyərində olan müxtəlif çeşidli ərzaq məhsulları, tütün və spirtli içkilər oğurlanıb. Məsələ ilə bağlı DİN-in 102 xidmətinə məlumat verilib, istintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirib. 

Mağaza sahibi Cavid Nəsirovun "Report"un yerli bürosuna bildirdiyinə görə, hadisə bir ay ərzində ikinci dəfədir təkrar olunur: "Qarət edən şəxs və ya qarətçilər ilk dəfə də indiki kimi eyni üsulla tavanı sökərək içəri daxil olublar. Həmin vaxt ona 800 manat dəyərində ziyan dəyib. Hadisə yerində əl izləri götürülsə də,  bu günə kimi oğurluq faktı bağlı qalıb".

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi