Lənkəranda evə basqın nəticəsində bir nəfər xəsarət alıb - FOTO

Lənkəranda evə basqın nəticəsində bir nəfər xəsarət alıb - FOTO Yaralının vəziyyəti ağır qiymətləndirilir
Hadisə
18 Mart , 2017 00:03
Lənkəranda evə basqın nəticəsində bir nəfər xəsarət alıb - FOTO

Bakı. 18 mart. REPORT.AZ/ Lənkəran rayonunda evlərdən birinə basqın nəticəsində yerli sakin xəsarət alıb.

"Report"un Cənub bürosunun xəbərinə görə, hadisə rayonun Xolmili kəndində baş verib.

Belə ki, 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğlu ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir.

Xəsarət alan Vahab Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyir. Qohumlarının bildirdiyinə gõrə, hadisəni evə qarət məqsədi ilə girmiş şəxs və ya şəxslər törədib. Ev sahibinin onların gəlişindən xəbər tutduğunu görən canilər, onun başına küt alətlə zərbə endiriblər.

Faktla bağlı Lənkəran şəhər rayon Polis şöbəsində araşdırmalara başlanıb.

Son xəbərlər

Orphus sistemi