Lənkəranda evdə partlayış olub, xəsarət alan var

Lənkəranda evdə partlayış olub, xəsarət alan var Lənkəran. 19 aprel. REPORT.AZ/ Lənkəranda evdə partlayış olub.
Hadisə
19 Aprel , 2018 23:08
Lənkəranda evdə partlayış olub, xəsarət alan var

Lənkəran. 19 aprel. REPORT.AZ/ Lənkəranda evdə partlayış olub.

"Report" un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Xolmili kəndində baş verib.

Hadisəyə hamam otağında su qızdırıcısı ilə ehtiyatsız davranma səbəb olub. Partlayış nəticəsində ev sahibi, 57 yaşlı Bağırov Sübhan Baloğlan oğlu bütün bədən səthinin 2-ci dərəcəli termik yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Ağır yanıq xəsarəti alan yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi