Bakı. 1 yanvar. REPORT.AZ/ Lənkəran rayonunun Şiləvar kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 15 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Lənkəranda ev yanıb
Hadisə
1 yanvar 2015
15:01


