Lənkəranda ər uşaqların gözü qarşısında həyat yoldaşını bıçaqlayıb

Lənkəranda ər uşaqların gözü qarşısında həyat yoldaşını bıçaqlayıb Qadın əri tərəfindən xəstəxanaya çatdırılıb
Hadisə
12 May , 2017 08:25
Lənkəranda ər uşaqların gözü qarşısında həyat yoldaşını bıçaqlayıb

Lənkəran. 12 may. REPORT.AZ/ Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, insident şəhərin Ağaməmmədli, 13 ünvanında qeydə alınıb.

Ailə münaqişəsi zəminində 1973-cü il təvəllüdlü Süleymanov Kamil Balahüseyn oğlu həyat yoldaşı Hüseynova Pərvanə Şahvələd qızını bıçaqlayıb. İki bıçaq yarası alan qadın əri tərəfindən xəstəxanaya çatdırılıb. Bıçaq zərbəsi dərinə işlədiyindən yaralı təcili əməliyyat olunub.

Hadisə baş verən zaman cütlüyün 3 övladı da evdə olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi