Lənkəranda Dövlət Sosial Müdafiə Fondunun mühafizəçisi iş yerində ölmüş vəziyyətdə tapılıb - FOTO

Lənkəranda Dövlət Sosial Müdafiə Fondunun mühafizəçisi iş yerində ölmüş vəziyyətdə tapılıb - FOTO Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib
Hadisə
345
15 Aprel , 2018 12:43
Lənkəranda Dövlət Sosial Müdafiə Fondunun mühafizəçisi iş yerində ölmüş vəziyyətdə tapılıb - FOTO
Report

Lənkəran. 15 aprel. REPORT.AZ/ Lənkəranda Dövlət Sosial Müdafiə Fondunun mühafizəçisi ölü vəziyyətdə tapılıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran Şəhər Şöbəsində təxminən 60 yaşında olan Axundov Seyran Fəxrəddin oğlu iş yoldaşları tərəfindən gözətçi otağında ölmüş vəziyyətdə aşkar olunub.

Dərhal təcili yardım xidmətinə məlumat verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi