Lənkəranda çökmüş kənd yolu bir həftədir bərpa edilməmiş qalıb - FOTO

Lənkəranda çökmüş kənd yolu bir həftədir bərpa edilməmiş qalıb - FOTO Yol sürüşmə nəticəsində tam keçilməz vəziyyətə düşüb
Hadisə
14 Fevral , 2018 06:58
Lənkəranda çökmüş kənd yolu bir həftədir bərpa edilməmiş qalıb - FOTO
Report

Lənkəran. 14 fevral. REPORT.AZ/ Fevralın 5-i Lənkəran rayonunun Jidi kəndi ərazisindən keçən yolun torpaq qatı sürüşüb.

"Report"un Cənub bürosu yerli sakinlərə istinadən xəbər verir ki, həmin hadisədən bir həftədən çox vaxt keçməsinə baxmayaraq, yolda bərpa işləri aparılmayıb.

Sakinlərin istifadəsi üçün alternativ yol çəkilsə də, bu yoldan da istifadə etmək onun palçıqlı olması səbəbindən çətinləşib.

Bu yoldan həmçinin Gəgiran kəndinin sakinləri də istifadə edirlər.

Son xəbərlər

Orphus sistemi