Lənkəranda bir ailənin iki üzvü qidadan zəhərlənib, 5 yaşlı uşaq ölüb

Lənkəranda bir ailənin iki üzvü qidadan zəhərlənib, 5 yaşlı uşaq ölüb Lənkəranda zəhərlənmə hadisəsi baş verib
Hadisə
24 May , 2021 23:07
Lənkəranda bir ailənin iki üzvü qidadan zəhərlənib, 5 yaşlı uşaq ölüb
0 : 00
0 : 00

Lənkəranda bir ailənin üzvləri qidadan zəhərlənib.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Lənkəran şəhərində qeydə alınıb.

Belə ki, şəhərin şəhid Anar Mahmudov küçəsi ev 60 ünvanında yaşayan 2016-cı il təvəllüdlü Məryəm Murad qızı Qasımova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona favizm diaqnozu qoyulub. Daha sonra həmin ünvandan 2015-ci il təvəllüdlü Qasım Murad oğlu Qasımov da xəstəxanaya yerləşdirilib. Məlum olub ki, ailə üzvləri bir neçə gün əvvəl paxladan zəhərləniblər və ev şəraitində müalicə olunmağa çalışıblar. Həkimlərin səyinə baxmayaraq, 5 yaşlı M.Qasımova bir neçə saat sonra xəstəxanada ölüb. Onun qardaşı Q.Qasımov isə Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, son günlər Lənkəranda paxlalı bitkilərdən zəhərlənmə halları tez-tez müşahidə olunur. Xəstəxanadan aldığımız məlumata görə, təkcə bu gün ərzində üç belə zəhərlənmə halı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi