Lənkəranda beşmərtəbəli yaşayış binasında yanğın olub

Lənkəranda beşmərtəbəli yaşayış binasında yanğın olub Alovlanan qaz balonunun partlama təhlükəsi aradan qaldırılaraq zərərsizləşdirilib
Hadisə
9 Avqust , 2015 01:14
Lənkəranda beşmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. 9 avqust. REPORT.AZ/ Lənkəranda beşmərtəbəli yaşayış binasında yanğın olub. Yanğın "Qala Xiyabanı" 44 saylı binada Vəli Mustafayev adlı şəxsin yaşadığı üçotaqlı mənzildə baş verib. 

"Report"un məlumatına görə, hadisə yerinə FHN Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin iki texnikası və canlı qüvvəsi çıxarılıb. 

Alovlanan qaz balonunun partlama təhlükəsi aradan qaldırılaraq zərərsizləşdirilib. Maye qaz balonunun alışması nəticəsində mənzilin mətbəxi və aynabəndin plastik kostruksiası yanıb. Alovun digər otaqlara və qonşu mənzillərə yayılmasının qarşısı alınıb. Xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi