Yuxarı
    Bağlamaq

    Lənkəranda evə basqın nəticəsində yaralanan baş həkim dünyasını dəyişib

    Baş həkimi Vahab Səfərov bu gün vəfat edib© Courtesy İmage

    Lənkəran. 26 mart. REPORT.AZ/ Ötən həftə Lənkəran rayonunun Xolmili kəndində gecə saatlarında evə edilən basqın nəticəsində ağır xəsarət alan kənd ambulatoriyasının baş həkimi Vahab Səfərov bu gün vəfat edib.

    Mərhumun yaxınlarının "Report"un Cənub bürosuna verdiyi məlumata görə, bir neçə gün öncə paytaxt klinikalarının birində müalicə alan həkimə həmkarlarının etdiyi müalicə səmərəsiz olub. Günorta saatlarında dünyasını dəyişən həkimin cənazəsi bu saatlarda yaşadığı evə gətirilib.

    Mərhum bu gün kənd qəbristanlığında dəfn olunacaq.

    Qeyd edək ki, ötən həftə 67 yaşlı Xolmili kənd sakini Səfərov Vahab Xalıq oğlu şəxs və ya şəxslər tərəfindən basqına məruz qalıb və küt alətlə başına zərbələr endirilib. Yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında, sonradan isə paytaxtdakı klinikalardan birində edilən müalicələrə baxmayaraq həkimin həyatını xilas etmək mümkün olmayıb.

    Xəsarət alan Vahab Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.

    Faktla bağlı Lənkəran şəhər Polis şöbəsində araşdırmalara başlanılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi