Lənkəranda avtoqəzada bir ailənin üç üzvü xəsarət alıb

Lənkəranda avtoqəzada bir ailənin üç üzvü xəsarət alıb Lənkəranda avtoqəzada bir ailənin üç üzvü xəsarət alıb.
Hadisə
14 Mart , 2024 19:16
Lənkəranda avtoqəzada bir ailənin üç üzvü xəsarət alıb

Lənkəranda avtoqəzada bir ailənin üç üzvü xəsarət alıb.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Qurumba kənd ərazisində baş verib.

"VAZ-21015" və VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində birincinin sürücüsü, Lənkəran rayonunun Rvo kənd sakini 1983-cü il təvəllüdlü Rauf Məmməd oğlu Nəzərov, onun həyat yoldaşı 1994-cü il təvəllüdlü Gültəkin Ziyad qızı Nəzərova və azyaşlı övladları xəsarət alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi