Lənkəranda avtomobillə vurulan piyada ağır xəsarət alıb

Lənkəranda avtomobillə vurulan piyada ağır xəsarət alıb Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.
Hadisə
15 Avqust , 2021 18:12
Lənkəranda avtomobillə vurulan piyada ağır xəsarət alıb

Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Xanbulan kəndi ərazisində baş verib. Belə ki, “Xəzər Lada” markalı avtomobili idarə edən 1997-ci il təvəllüdlü Samid Ramazan oğlu Xudatlı, yolu keçən həmkəndlisi 1994-cü il təvəllüdlü Süsən Mirtağı qızı Babayevanı vurub.

Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bel fəqərə sümüyünün sınığı diaqnozu qoyulub. S.Babayevanın müalicəsi üçün Bakıya Travmatologiya İnstitutuna göndərilməsi planlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi