Lənkəranda avtomobilin vurduğu piyada Bakıya aparılarkən yolda ölüb
Hadisə
- 14 may, 2025
- 00:05
Lənkəranda avtomobilin vurduğu qadın Bakıya aparılarkən yolda ölüb.
“Report”un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Şağlaser kəndindən keçən hissəsində baş verib. Belə ki, Lənkəran rayonunun Xarxatan kənd sakini, 1976-cı il təvəllüdlü Xanım Məhərrəm qızı Nəsirova avtobusdan düşüb yolu keçəndə Ruslan Elşən oğlu Ağayev idarə etdiyi "Audi" markalı avtomobil onu vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Ona beyinin ənsə payının böyük həcmli yarası, qapalı kəllə-beyin travması diaqnozu qoyulub və ilkin reanimasion tədbirlərdən sonra paytaxt xəstəxanalarından birinə yola salınıb. Lakin vəziyyəti ağır qiymətləndirilən yaralı yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
07:22
Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb
Elm və təhsil06:46
Tramp Kennedi Mərkəzinin təmir işləri üçün bağlandığını açıqlayıb
Digər ölkələr06:23
Venesuela mayeləşdirilmiş neft qazının ilk partiyasını ixrac edib
Digər ölkələr05:51
Foto
Nyu-Yorkda dondurucu soyuqlar səbəbindən 14 nəfər ölüb
Digər ölkələr05:19
Sorğu: Yaponiyada hakim koalisiya parlamentdə 465 yerdən 300-nü əldə edəcək
Digər ölkələr04:50
"Kommersant": Rusiya servislərindən məlumat sızmasının həcmi bir ildə 1,5 dəfə artıb
Region04:14
Britaniyanın ABŞ-dəki keçmiş səfiri Epşteynlə əlaqələrinə görə hakim partiyadan ayrılıb
Digər ölkələr03:46
Polşada güclü şaxtalar fonunda 90-dan çox insan ölüb
Digər ölkələr03:11