Lənkəranda avtomobilin idarəetmə sistemində yaranan qüsur qəzaya səbəb olub - FOTO
Hadisə
- 03 mart, 2016
- 08:35
Bakı. 3 mart. REPORT.AZ/ Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə şəhərin Şəhidlər xiyabanı küçəsində qeydə alınıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomaşının idarəetmə sistemində yaranan qüsur qəzaya səbəb olub.
Belə ki, yüksək sürətlə hərəkətdə olan 42 BT 588 dövlət nömrə nişanlı "Mitsubishi" markalı avtomobilin təkəri çıxıb. Nəticədə sürücü idarəetməni itirib və 90 EP 504 dövlət nömrə nişanlı VAZ 2104 markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Mitsubishi" markalı avtomobil yoldan çıxaraq dəmir çərçivəli hasara çırpılıb.
Faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Son xəbərlər
17:36
NATO "Rheinmetall" konsernindən 200 milyon avroluq mərmi sifariş edib
Digər ölkələr17:31
"Qəbələ" rəsmisi: "Qış fasiləsində transferlərlə bağlı planlarımız tam həyata keçdi"
Futbol17:20
"Nar"ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi
İKT17:19
Foto
Səbinə Əliyeva vətəndaşları qəbul edib
Daxili siyasət17:16
ADB: Azərbaycanda dayanıqlı istiqraz bazarının formalaşmasını dəstəkləməyə hazırıq
Maliyyə17:05
"Bavariya" müdafiəçisi ilə yeni müqavilə imzalayıb
Futbol16:55
Azərbaycan millisinin baş məşqçisi: "Belarusdakı turnirdə qarşılaşacağımız komandaları təhlil etmişik"
Futbol16:51
İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana dəvət edib
Xarici siyasət16:49
Foto