Lənkəran. 17 aprel. REPORT.AZ/ Lənkəran şəhərində avtomobil yanıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin İ.Səmədzadə küçəsində baş verib.
Belə ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Ağəli Oruc oğlu Quluzadə həyətindəki avtomobil təmiri sexində özünün "VAZ-2106" markalı, 99 HV 642 dövlət qeydiyyat nişanlı avtomobilində qaynaq işləri apararkən maşın yanmağa başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Alovun yayılmasının qarşısı alınsa da, nəqliyyat vasitəsi tamamilə sıradan çıxıb.

